“LabXchange rəqəmsal tədris platforması”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ LabXchange rəqəmsal tədris platforması ” layihəsinin açılış mərasimi keçirilib.
“ LabXchange rəqəmsal tədris platforması ” layihəsinin açılış mərasimi Sumqayıt şəhər M.Müşfiq adına 34 saylı tam orta məktəbdə keçirilib.
Açılışda Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri Ağayev Rauz, C.Səfərov adına 10 nömrəli tam orta məktəbin direktoru Quluzadə Səmra, 26 nömrəli tam orta məktəbin direktoru Musayev Əli Baloğlan, Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Əliyeva Leyla, V.İbrahimov adına 35 nömrəli tam orta məktəbin direktoru Həsənova Nüşabə, 32 nömrəli tam orta məktəbin direktoru Mahmudova Fəzilə müəllimlər və şagirdlər iştirak edib.
Layihənin məqsədi Edumedia Sciences və ya labxchange.org rəqəmsal tədris platformasını Azərbaycan dilinə tərcümə etməklə dərslərin interaktiv və rəqəmsal formada təşkilinə əlavə imkanlar yaratmaqdan ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.


