Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb

Hit: 295
Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb
Fevralın 19-dan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzində ilk dərslərə başlanılıb.
 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mərkəzə qəbul olunan şagirdlər bacarıqları və maraqları nəzərə alınaraq qruplara bölünüb və burada IV-XI sinif şagirdləri üçün proqramlaşdırma, mühəndislik-elektronika, 3D printer və 3D model hazırlama, istehsal-CNC lazer yaradıcılıq, Vex Lego-Robototexnika, STEAM uşaq, dron texnologiyası üzrə təlimlər təşkil ediləcək. Şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər.
 
Mərkəzdə, həmçinin məktəblilər kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə, müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər.








Redaktorun seçimi