"Məktəbli innovativ mühəndislər" layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR

Hit: 503
"Məktəbli innovativ mühəndislər" layihəsinin bağlanış mərasimi keçirilib - FOTOLAR
Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Məktəbli innovativ mühəndislər" layihəsinin bağlanış mərasimi keçirilib.
 
Bağlanış tədbiri K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb liseydə baş tutub.
 
Tədbirdə layihə rəhbəri, layihənin idarə heyəti, təhsil işçiləri iştirak edib.
 
Əvvəlcə layihədə iştirak edən şagirdlərin təlimlər zamanı hazırladıqları əl işlərindən ibarət sərgi nümayiş olunub. İştirakçılar şagirdlərin əl işləri ilə tanış olublar.
 
Tədbirdə qonaqlara söz verilib. K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb liseyin direktoru Mehman Əliyev, layihənin eksperti, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoru Elçin Abbasov və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydasından, kənd təsərrüfatında tətbiqlərinin faydalarından danışıblar.
 
Daha sonra layihə rəhbəri Vüsalə Pənahova layihədə görülmüş işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
1
1
1
1
1








Redaktorun seçimi