Beynəlxalq Türk Qadın Araşdırmaları Konfransı keçirilib - FOTOLAR

Hit: 508
Beynəlxalq Türk Qadın Araşdırmaları Konfransı keçirilib - FOTOLAR
Bakı Qızlar Universitetində İkinci Beynəlxalq Türk Qadın Araşdırmaları Konfransı keçirilib.
 
Konfransda ilk olaraq Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin himnləri səsləndirilib. Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Konfransda qadınların cəmiyyətdə rolu,bəşəriyyətə ana olan, bəzən qul-kölə olub haqqı tapdanan qadınların tarix boyu mənəvi yüksəlişi, ən ülvi məqamlarla təcəssüm edilib.
 
Cəmiyyətdə Bakı Qızlar Universitetinin bir təhsil ocağı kimi fəaliyyətinin yüksək qiymətləndirilməsinə sevinən rəhbər heyət bunu pedaqoqlarla yanaşı tələbələrin də uğuru hesab edir.
 
İlklərə imza atan, ali təhsilli, peşəkar və tarixə adını qırmızı hərflərlə yazan Azərbaycan qadınlarından ibarət videoçarx nümayiş etdirilib.
 
Konfransda Türk qadın araşdırma jurnalının redaktoru Yıldız Saki, Dr. Seyhan Çankaya, Dr. Habibe Bay, Prof. Dr. Bihter Akın, Bakı Qızlar Universitetinin rektoru Sevinc Rəhimova, prorektor Havva Abdullayeva, Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elmira Kənan və digər pedaqoji heyət iştirak ediblər.
 
Açılış nitqi ilə qonaqları salamlayan universitetin rektoru Sevin Rəhimova qadınlara verilən dəyərin, cəmiyyətdəki əsas funksiyalarını diqqətə çatdıraraq qızların təhsil almasının nə dərəcədə önəmli olduğuna diqqət çəkib:
 
"Ailə kiçik bir cəmiyyətdir. Qadın istər nazir olsun, istər vəzifəli şəxs olsun ilk növbədə qadınların ali təhsil alması çox önəmlidir. Qadınlar öz hüquqlarını bilməsələr gələcəkdə cəmiyyətə atılan yeni nəsil də inkişaf edə bilməz. Qadınların dünyagörüşünün artırılması, savadlı cəmiyyət naminə universitetimizin pedaqoji heyəti illərdir əlindən gələni edir. Qadınların təhsilli olması bəşəriyyətin savadlılığına hesablanır və bu, gələcəkdə möhkəm, iradəli xanımların artması deməkdir".
 
Daha sonra konfrans iştirakçılarına Bakı Qızlar Universitetinin yaranması və bu günə qədər keçdiyi fəaliyyət yolu barədə qısametrajlı film nümayiş etdirilib.
 
Türk qadın araşdırma jurnalının redaktoru Yıldız Saki çıxış edərək qadınların tarix boyu keşməkeşli yol keçdiyini vuröulayıb:
 
"Qadınlar tarix boyu öz hüquqlarını qorumaq üçün mübarizə aparıb. Konfranslarımız qadınların cəmiyyətdəki yerini daha da möhkəmləndirəcəyinə, müxtəlif sferada qadınların özünü doğruldacağına inanıram".
1
1
1
1
1
1








Redaktorun seçimi