Qusar Mediasiya Təşkilatı ulu öndərin əziz xatirəsni anıb

Hit: 647
Qusar Mediasiya Təşkilatı ulu öndərin əziz xatirəsni anıb
12 dekabr 2023 il tarixində Qusar Mediasiya Təşkilatının mediator və əməkdaşları Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı Quba şəhərinin meydanında yerləşən Ulu öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsi böyük ehtiramla yad ediblər.
 
Bundan sonra Qusar 1 saylı mediasiya təşkilatının rəhbəri Radik Kazımov, mediatorlar Natiq Əzizov, Novruz Əliyev, Azər Əliyev, Səriyyə Teyyubova və təşkilatın əməkdaşları Quba şəhərində Heydər Əliyev muzeyini ziyarət ediblər, Ulu öndərin həyat və yaradıcılığı ilə tanış olublar. Eyni zamanda muzeydə Ümummilli liderə aid saxlanılan, tariximizin şərəfli parçalarından biri olan eksponatlar barədə təşkilatın əməkdaşlarına məlumat verilib.








Redaktorun seçimi