Mediasiya Şurası Sumqayıt Dövlət Universitetində görüş keçirib

Hit: 406
Mediasiya Şurası Sumqayıt Dövlət Universitetində görüş keçirib
Mediasiya Şurası və Sumqayıt Dövlət Universiteti arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 8 dekabr 2023-ci il tarixində universitetin tələbələri ilə görüş keçirilib.
 
Görüşdə Mediasiya Şurasını Sumqayıt 1 saylı Mediasiya Təşkilatı təmsil edib. Sumqayıt 1 saylı mediasiya təşkilatının rəhbəri Etibar Həsənov, mediatorlar Elçin Hüseynov, Qabil Əsgərov və Vüsalə Nəcəfova universitetin müəllim və tələbə heyəti qarşısında mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
 
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.








Redaktorun seçimi