“Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə - QEYDİYYAT!
Dekabrın 7-dən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə ikinci yarımil üzrə qeydiyyat elan edir!
“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 2023-2024-cü tədris ilini əhatə edən layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Hazırda 400-dən çox soydaşımız dərslərə qoşulur. İkinci yarımil üzrə dərslərin 15.01.2024-cü il tarixində başlaması nəzərdə tutulmuşdur.
Qeydiyyatdan keçmək üçün keçid: https://forms.gle/5x4HunMsgBV8SHYbA
Son müraciət tarixi: 5 yanvar 2024-cü il.
Elektron poçt: [email protected]
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).