Məhkum qadınlara yoqa dərsləri keçiriləcək

Hit: 328
Məhkum qadınlara yoqa dərsləri keçiriləcək
“Çəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctima Birliyi ilə “İnsun” Yaşam Mərkəzi birgə əməkdaşlığa imza atıb. 
 
Mərkəzin məqsəd və məramı düşüncə, davranış və addımlarının məsuliyyətini dərk edən, özünəinamlı və həyatında nizam-intizam yaradan fərdlər formalaşdırmaqdır. Bu mənada mərkəzin maraqları Birliyin istəkləri ilə üst-ütsə düşür. Onları birləşdirən dəyər də elə budur, cəmiyyətə faydalı olan insan yetişdirmək. Birliyin sədri, jurnalist Firuzə Cəlilova əməkdaşlıq üçün niyə məhz “İnsun” u seçdiyinə aydınlı gətirdi. F.Cəlilova bu qərarı verənə kimi bir müddət araşdırma aparıb. Onun nəzərində hazırda fəaliyyətdə olan yaşam mərkəzləri arasında özünüinkişafın ən son modellərindən faydalanan, ən yaxşı mütəxəssis heyyəti formalaşdıran “İnsun” Yaşam Mərkəzidir. Mərkəzə etimad göstərən Birlik sədri birgə uğurlu layihələr həyata keçirəcəklərini deyir.
 
Məhkumluq həyatı yaşayan qadın keçmişin səhvlərindən qopub özünü yenidən yaratmaq istəyir. Dəmirbarmaqlıqlar arasında özünü yenidən kəşf edib, öz potensialını meydana çıxarıb, insanlığa faydalı olmaq üçün atılan addımllar çox zaman nəticə vermir. Təbii olaraq kənar təsirlərə, dəstəyə ehtiyac var. Özünü təkmilləşdirən, bütövləşib kamil insan məqamına çatan fərdlər yetişdirməyi qarşısına məqsəd qoyan“Insun” Yaşam Mərkəzi məhkum qadınlara hərtərəfli xidmət göstərəcək. Mərkəzin yaşam kouçları, yoqa təlimçiləri məhkum qadınların yanında olacaq. Xüsusi və fərdi qrup təlimləri vasitəsi ilə bu qadınları yenidən həyata bağlayıb zamanlarını və şəxsi inkişaflarına dəyər qatacaqlar.
 
Qeyd edək ki, “İnsun” Yaşam Mərkəzi məhkum qadınlara “özünüzü dünyanın mərkəzinə qoyun və içinizdəki insanı kəşf etməklə yenidən başlayın” çağrışı edib.








Redaktorun seçimi