Hədəf Kurslarının abituriyentləri Yeni Klinikada

Hədəf Kursları Nizami filialında 4-cü ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan abituriyentlərin Yeni Klinika tibb müəssisəsinə infoturu təşkil olunub.
Turun əsas məqsədi Yeni Klinika tibb mərkəzi ilə abituriyentləri tanış etmək, onlara gələcəkdə seçəcəkləri ixtisasla bağlı əyani məlumat vermək və qəbul imtahanlarında uğur qazanmaları üçün stimul yaratmaqdır.
Peşəkar həkim və tibbi heyətlə söhbət edərək onları maraqlandıran suallara cavab alan “həkim namizədlər” həmçinin tibb müəssisəsinin bir neçə şöbəsi ilə yaxından tanış olublar.
Sonda abituriyentlər təşkil olunan görüşün səmərəli keçdiyini qeyd edərək yaradılan şəraitə görə Yeni Klinika rəhbərliyinə və heyətinə təşəkkür ediblər.


