“Femida Könüllüləri Təşkilatı” rəsmi dövlət qeydiyyatına alındı

Məkhəmə-hüquq sistemində könüllülərin iştirakçılığın artırılması, hüquq sahəsində təhsil alan gənclərin peşəkar inkişafına nail olmaq, onların müasir əmək bazarına uyğun yetişdirilməsinə, dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinə, o cümlədən vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə 4 avqust 2023-cü il tarixində təsis edilmiş “Femida Könüllüləri Təşkilatı” ictimai birliyi Ədliyyə Nazirliyinin “Qeyri kommersiya qurumlarının dövlət reyestri”nə daxil edilmişdir.


