Baş prokuror Sumqayıtda vətəndaşlarla görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Kamran Əliyev dekabrın 5-də saat 10:00-da Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinləri ilə görüşəcək.
Bu barədə Baş Prokurorluqdan Faktor.az-a məlumat verilib.
Bildirilib ki, vətəndaşların görüşlə bağlı qeydiyyatı aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk və X) vasitəsilə də qəbula yazıla bilərlər.