Azərbaycanın təhsil işçiləri Gürcüstanda səfərdədir

Hit: 249
Azərbaycanın təhsil işçiləri Gürcüstanda səfərdədir
Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
 
Səfər çərçivəsində nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
 
Səfər çərçivəsində Gürcüstanın təhsil və elm naziri, Tbilisi Dövlət və Gürcüstan Texniki Universitetinin rektorları ilə görüşlər nəzərdə tutulub. Təhsil sahəsində Azərbaycanla Gürcüstan arasında qarşılıqlı əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək.
 
Qeyd edək ki, səfərdə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov iştirak edirlər.








Redaktorun seçimi