Təbiət fənləri müəllimlərinin inkişafı forumu

Hit: 291
Təbiət fənləri müəllimlərinin inkişafı forumu
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gənc Biologiya Müəllimləri Birliyi, Gənc Kimya Müəllimləri Birliyi və Gənc Fizika Müəllimləri Birliyinin tərəfdaşlığı ilə 25 noyabr 2023-cü ildə “Təbiət fənləri müəllimlərinin inkişafı forumu” keçirilib.
 
2 hissədən ibarət olan forumun 1-ci hissəsi rəsmi hissəni təşkil edib. Bu hissədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü Orxan Cəfərov, forumun spikerləri Elşad Abdullayev ,Yalçın İslamzadə ,Elşad Yunusov, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib. 
 
Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.
 
Qeyd edək ki, forumun məqsədi kimya, biologiya, fizika fənlərini tədris edən müəllimlərin bir araya gəlməsi, ideyalar, tədris resursları və təcrübə mübadiləsi aparması üçün imkan yaratmaq, şəbəkələşməni təmin etməkdir.








Redaktorun seçimi