“Qərbi Azərbaycana qayıdış” festival – konqresin iştirakçıları" Ordubada səfər edib - FOTOLAR

Hit: 446
“Qərbi Azərbaycana qayıdış” festival – konqresin iştirakçıları" Ordubada səfər edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq artıq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu gün Azərbaycan vətəndaşları möhtəşəm tarixi hadisələrə şahidlik edir. Dünya birliyində söz sahibinə çevrilən güclü və qüdrətli Azərbaycanda Ulu Öndərin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək, torpaqlarımızı işğaldan azad etdiyi kimi, Qərbi Azərbaycana qayıdış konsepsiyasını da uğurla həyata keçirir. Artıq Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, Qərbi
 
Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılır. 
 
Deportasiyaya məruz qalmış soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycanda etnomədəni terrora məruz qalmış tarixi-mədəni irsimizlə bağlı faktların ortaya qoyulması və dünya ictimaiyyətinə çatdırılması, Qərbi Azərbaycana qayıdışla bağlı Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq, ölkəmizdə görülən sistemli tədbirlərin davamı kimi noyabr ayının 23-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” festival -konqres keçirilib. Tədbir iştirakçıları səfər çərçivəsində noyabr ayının 24-də Ordubad rayonunda olub, Ordubad Şəhər Stadionunda təşkil olunan tədbirdə iştirak edib, bu rayonda məskunlaşan Qərbi azərbaycanlılarla görüş keçiriblər.
 
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimlinin, rayon ictimaiyyətinin, rayona səfər edən qonaqların, Ordubad rayonunda məskunlaşan Qərbi azərbaycanlıların iştirak etdiyi tədbirdə Azərbaycan kulinariyasının Qərbi Azərbaycana xas olan müxtəlif yemək, şirniyyat nümunələrinin, təbii bitkilərinin təqdimatı olub. Sonra tədbir iştirakçıları əzəli yurd yerlərimizə aid ev, məişət və geyim əşyalarının nümayiş olunduğu Qərbi Azərbaycana həsr olunan sərgiyə baxış keçiriblər. Daha sonra Qərbi Azərbaycana məxsus folklor, rəqs və mədəniyyət nümunələri, atüstü Çövkən oyunu, aşıq havaları, uşaq oyunları nümayiş olunub, Azərbaycan Respublikasının əməkdar artisti Nuriyyə Hüseynovanın ifasında musiqilər dinlənilib.    
 
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi