Mediasiya Şurasının nümayəndə heyəti Türkiyənin Ədliyyə Nazirliyində qəbul edilib
Mediasiya Şurasının nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin Ədliyyə Nazirliyinin Hüquq məsələlələri üzrə baş direktoru Hakan Öztatar tərəfindən qəbul edilib.
Nadir Adilov Ümummili Lider Heydər Əliyevin 100 illiyi münasibəti ilə ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsini Hakan Öztatara təqdim edib. Görüşdə eyni zamanda Türkiyə Arabuluculuk Dairə Başkanı Çağdaş Özər də iştirak etmişdir.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan böyük islahatların tərkib hissəsi olan məhkəmə - hüquq islahatlarının yeni mərhələsi olan mediasiya islahatları barədə məlumat verib. N. Adilov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətə uyğun olaraq hər iki ölkə arasında bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıqlar qurulur, o cümlədən, mediasiya sahəsində. N. Adilov qeyd edib ki, Mediasiya Şurası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə çox sıx və səmərəli əməkdaşlıq edir. Eyni zamanda mediatorlar üçün təlimlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən yüksək səviyyədə həyata keçirilir, həmçinin mediasiya təşkilatları Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınır. O qeyd edib ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov hər zaman Mediasiya Şurasının fəaliyyətinə xüsusi diqqət və qayğı ilə yanaşıb və mediasiya islahatlarına böyük dəstək verib.
Hakan Öztatar Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnun olduğunu diqqətə çatdırıb. O, hər iki ölkənin prezidentləri tərəfindən aparılan işlər nəticəsində əlaqələrin daha da inkişaf etdiyini və bundan sonra üçün də böyük perspektivlərin olduğunu qeyd edib. O, görülən işlər və Türkiyədə mediasiya islahatları barədə məlumat verib. O qeyd edib ki, hər iki ölkənin mediasiya qurumlarının əməkdaşlıq etməsi sahəsində istənilən dəstək veriləcəkdir.
Türkiyə Cumhuriyyətinin Arabuluculuk Dairə Bakanlığının İdarə Heyətinin üzvü Yakup Erikel Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin mahiyyəti və qarşıda duran hədəflər barədə Vədat Əli Tektaşa məlumat verməklə yanaşı, Türk Dünyası Mediatorlar Birliyinin yaradılması sahəsində aparılan işlər barədə də məlumat verib.
Təşkil edilən görüşdə Azərbaycandan həmçinin Mediasiya Şurasının İntizam Komissiyasının sədri, Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, mediasiya təlimçisi, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü, Bakı 4 saylı Mediasiya Təşkilatının rəhbəri, mediasiya təlimçisi Cabbar Həsənov, Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov və Azərbaycanın Türkiyədəki Ticarət Təmsilcisi danışmanı Aygün Əliyeva iştirak edib.