ASAN Könüllüləri üçün “Nəsil ağacı” sənədli filminin nümayişi həyata keçirilib - FOTOLAR

Hit: 655
ASAN Könüllüləri üçün “Nəsil ağacı” sənədli filminin nümayişi həyata keçirilib - FOTOLAR
Filmdə Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur.
 
Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub. Vurğulanır ki, XX əsrdə hazırki Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayıb gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”-larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır.
 
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyevdir.
 
“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.
1
1
1
1
1
1
1








Redaktorun seçimi