“İRƏLİ” Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirib - FOTOLAR

Hit: 584
“İRƏLİ” Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər keçirib - FOTOLAR
“İRƏLİ” İctimai Birliyi 8 Noyabr – Zəfər Gününü və 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü silsilə tədbirlərlə qeyd edib.
 
Birliyin Mətbuat xidmətindən Faktor.az-a  verilən məlumata görə tədbirlər çərçivəsində təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə birinci Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ehtiramla ziyarət olunub, Şəhidlər Xiyabanında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi minnətdarlıqla yad edilib.
 
Tədbirlər planı çərçivəsində “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
 
Tədbir müddətində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açılıb. Bildirilib ki, ikinci Qarabağ müharibəsində əldə olunmuş zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü idi. Cari il, sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən çıxışçılar bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırıblar. Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyanın tələbələrindən ibarət “Milli Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və instrumental musiqi nümunələri təqdim olunub.
8 Noyabr – Zəfər Günü münasibətilə “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü və Nizami Kino Mərkəzinin təşkilati dəstəyi ilə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun döyüş yolundan bəhs edən “Ömür vəfa etsəydi” filminin nümayişi baş tutub. Bununla yanaşı, “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqında olan “Oğul” filminin nümayişi də keçirilib. Hər iki filmin nümayişində ümumilikdə 300-dən çox gənc iştirak edib.
 
Tədbirlər proqramı çərçivəsində həmçinin “İRƏLİ” İctimai Birliyinə üzv olan gənclərin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Səfər müddətində gənclərə muzeyin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumatlar çatdırılıb, habelə iştirakçılar muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olublar. 
 “İRƏLİ” İctimai Birliyinin İntellektual Mərkəzinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual zəfər turniri keçirilib. Yüzə yaxın gəncin qatıldığı intellektual yarışda iştirakçılar 4-6 nəfərlik komandalar şəklində birincilik uğrunda mübarizə aparıblar. Turnirin sonunda qalib komandalara şəhadətnamə və xatirə hədiyyələri təqdim olunub.
Tədbirlər proqramının davamında Azərbaycan Gənclər Fondunun dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsi çərçivəsində hazırlanmış videoçarxların nümayişləri keçirilib. 27 Sentyabr – Anım Günündən start götürmüş nümayişlər ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən sosial xidmət müəssisələri, gənclər mərkəzlərində 1000-ə yaxın gəncin iştirakı ilə keçirilib. Qeyd edək ki, “Müzəffər Əsgərimiz” layihəsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın tanıdılmasıdır. 
 
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi