Neftçalada "Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər keçirilir - FOTOLAR

Hit: 312
Neftçalada "Zəfər Günü”nə həsr olunan silsilə tədbirlər keçirilir - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala RMX PHŞ, Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyinin, Neftçala təhsil sektorunun birgə təşkilatçılığı ilə  “8 Noyabr – Zəfər Günü” nə həsr olunan “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
 
Tədbirdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in, hüquq- mühafizə orqanlarının məsul şəxsləri, Neftçala RMX PHŞ-in həkimləri, tibb işçiləri, müəllimlər, rayon ağsaqqalları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Neftçala RMX PHŞ inzibati binasında Ümummilli Lider Heydər Əliyevin, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında şəhidlərin xatirəsinə həsr olunan guşənin açılışı olub və şəhid ailələri ilə RİH-in başçısı görüşüb.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi olmasını, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və bunun nəticəsi olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazandığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
 
Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildiribki Respublikamız 20 ildir  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf yolundan, cənab İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin 44 günlük Vətən müharibəsində həll olunması, işğaldan azad olunan torpaqlarımızda aparılan abadlıq- quruculuq işləri haqqında görüş iştirakçılarına geniş məlumat verib. Rayon ağsaqqalları ilə görüşən Neftçala RİH-in başçısı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyilə bütün sahələrdə əldə olunan nailiyyətlərdən, həyata keçirilən sosial-iqtisadi islahatlar, regionlarda və eyni zamanda Neftçala rayonunda  həyata keçirilən geniş miqyaslı abadlıq-quruculuq işlərindən,  o cümlədən ölkəmizin şanlı tarixinə Zəfər Günü ilə daxil olan Vətən müharibəsində qazanılan şanlı qələbəmiz haqqında görüş iştirakçılarına geniş məlumat verib və hər kəsi Zəfər bayramı münasibətilə təbrik edib.
 
Neftçala RMX PHŞ keçirilən tədbirdə Neftçala RMX PHŞ-in bir qrup tibb işçiləri, həkimləri, şəhid ailələri Neftçala RİH-i və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının rayon şurası tərəfindən fəxri fərmanlarla təltif ediliblər.
1
1
1
1
1
1
1








Redaktorun seçimi