Gəncə terrorunda ailələrini itirmiş uşaqlardan bəhs edən sənədli film hazırlanıb - VİDEO

Hit: 1561
Gəncə terrorunda ailələrini itirmiş uşaqlardan bəhs edən sənədli film hazırlanıb - VİDEO
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinə edilmiş raket hücumları və nəticədə yaşanan insanlıq faciəsi barədə sənədli film hazırlanıb. “Qanadı sınmış mələklər” adlanan film Gəncə şəhərinə edilən raket hücumları zamanı dünyasını dəyişmiş və ailə üzvlərini itirmiş uşaqlardan bəhs edir. 
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azəri Yurdu" Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Qanadı sınmış mələklər” adlı sənədli film layihəsi çərçivəsində istehsal olunub. 
 
Bu filmin ərsəyə gəlməsinə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin yaradıcı komandası dəstək olub. 
Qeyd edək ki, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı günlərdə raket hücumuna məruz qalıb. Terror nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. 
 
Filmin anonsunu buradan izləyə bilərsiniz:
 
 
 








Redaktorun seçimi