Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilib

Hit: 322
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilib
Sentyabrın 30-da Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə vida mərasimi keçirilib.
 
Faktor.az xəbər verir ki, vida mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, ayrı-ayrı qurumların nümayəndələri, tanınmış ziyalıları, təhsil işçiləri və tələbələr iştirak ediblər.
 
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Qeyd edək ki, Riad Əhmədov 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndində itkin düşüb. Ondan sonra onun yeri uzun illər müəyyən olunmayıb. Bu il sentyabrın 18-də Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və bir sıra digər itkin azərbaycanlıların nəşlərinin tapıldığı və müəyyən edildiyi açıqlanıb.








Redaktorun seçimi