Marneulidə bayram mərasimi təşkil edilib - FOTOLAR

Hit: 513
Marneulidə bayram mərasimi təşkil edilib - FOTOLAR
Marneulinin Yuxarı Saral “İmam Zaman (ə)” məscidinin mərasim zalında Həzrət Məhəmməd (s) Peyğəmbərin mövludu və İmam Sadiqin (ə) təvəllüdü münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanlar, din və ictimaiyyət xadimləri iştirak ediblər. Qurani-Kərimin tilavəti ilə açıq elan olunan tədbirdə Gürcüstan müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovun və digər ruhanilərin, eləcə də elm və ictimaiyyət xadimlərinin çıxışları olub. 
 
Çıxış edənlər öncə Hz. Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin mübarək mövludu münasibəti ilə iştirakçıları təbrik edib, Peyğəmbərimizin (s) şəxsiyyəti haqda, örnək xüsusiyyətləri və kəlamlarından, gətirdiyi İslam dininin əsas tapşırıqları barəsində ətraflı danışıblar.
 
Vəhdət həftəsi içərisində təşkil olunan bu mərasimdə əhlibeyt məddahı Səid Həsən Peyğəmbər (s) eşqini tərənnüm edən mövludnamə və ilahilər oxuyub.
 
Tədbirin sonunda adları Peyğəmbər (s) və imamların adından olanlara Qurani-Kərimin tərcüməsi  hədiyyə olunub.  
 
Bayram süfrəsi ətrafında təşkil olunan tədbir dua oxunmaqla sona çatıb.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi