Dövlət Xidmətinin hərbi qulluqçuları Zəfər parkında olub

Hit: 352
Dövlət Xidmətinin hərbi qulluqçuları Zəfər parkında olub
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları 27 sentyabr – Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
 
Faktor.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
 
Məlumata görə, qurumun rəisi İlqar Musayev və Xidmətin digər əməkdaşları xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini yad ediblər.
 
Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.








Redaktorun seçimi