Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb

Hit: 478
Mərkəzi Bank yenilənmiş 5 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları sentyabrın 25-dən etibarən tədavülə buraxılıb.
 
Mərkəzi Bankdan Faktor.az-a bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.
 
Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
 
Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.








Redaktorun seçimi