Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub

Hit: 295
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) Azərbaycan üzrə müşaviri İlker Türköz Azərbaycan Texniki Universitetində (AzTU) fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”nı ziyarət edib. Qonaq əvvəlcə AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.
 
Görüş zamanı universitetdə görülən işlər, həyata keçirilən layihələr və yeni əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Daha sonra “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov qonağa texnoparkın fəaliyyəti, burada icra olunan layihələr haqqında məlumat verib. İlker Türköz AzTU-nun müxtəlif laboratoriyaları və mərkəzlərində görülən işlərlə də tanış olub.








Redaktorun seçimi