Təşəkkür məktubu
Mən və həyat yoldaşım Arif Məmmədov Mərkəzi Gömrük Hospitalının həkimi Kənan Əsədovdan çox razıyıq. O həm həkim kimi, həm də insan kimi ən gözəl, ən xoş sözlərə layiqdir. Müraciət etdiyimiz ilk gündən yoldaşıma xüsusi diqqət ayırdı, qayğı göstərdi.
Qeyd edim ki, həyat yoldaşım ürək-damar xəstəsidir və həkimə gəldiyimiz zaman ürək ağrılarından əziyyət çəkirdi. Kənan həkimin şəfalı əlləri sayəsində cərrahi əməliyyat uğurla başa çatdı. Mən Kənan həkimə “qızıl barmaq” həkim deyərdim. Həqiqətən, bu barmaqların zərgər dəqiqliyi ilə gödüyü iş sayəsində yoldaşım indi həyatdadır. Biz ona bir daha təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq.
Kənan həkim, Allah sizdən razı olsun, səsinin yüksək zirvələrdən gəlsin!
İradə Məmmədova