Mediasiya Şurası üçün Maliyyə savadlılığı təlimi keçirilib - FOTOLAR

Hit: 707
Mediasiya Şurası üçün Maliyyə savadlılığı təlimi keçirilib - FOTOLAR
Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi istiqamətində işlər görür, eyni zamanda onların maliyyə savadlılığının artırılması üçün  tədbirlər təşkil edir.
 
Bu tədbirlərin davamı olaraq  08.09.2023-cü il tarixində Mediasiya Şurasının 44 nəfər mediatoruna Mərkəzi Bankın maliyyə savadlılığının artırılması məqsədilə hazırlanmış elektron resursları  (infobank.az, edu.e-cbar.az, bizimpullar.az)  və “Milli pul nişanları və onların saxtalaşdırılmasına qarşı mübarizə” mövzusunda seminar keçirilmişdir.
 
Təlim zamanı regionlarda fəaliyyət göstərən mediatorlara da onlayn platformada mövzuları dinləmək imkanı  yaradılmışdır. İştirakçıların mövzular ətrafında verdikləri suallar cavablandırılmışdır.
 
Mövzular Mərkəzi Bankın Nağd pul departamenti, Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlı və İstehlahkçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyə Qaralova tərəfindən təqdim olunmuşdur.
 
Mediasiya Şurası üçün nəzərdə tutulan silsilə seminarlar proqram əsasında davam etdiriləcəkdir.
1
1
1
1
1








Redaktorun seçimi