Jalə Əhmədova başsağlığı verdi

Millət vəkili Jalə Əhmədova hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
"Hərbi qulluqçularımızın həlak olması xəbərindən çox sarsıldım.
Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
Hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan onlara səbr diləyirəm".
Allah rəhmət eləsin!


