Təşəkkür məktubu

Hit: 700
Təşəkkür məktubu
Mən Şəlalə Qocayeva ailə üzvlərimlə birlikdə uzun müddətdir ki, Mərkəzi Gömrük Hospitalının  tibbi xidmətlərindən istifadə edirik. 
 
Həkimlərin müayinələrindən, təyin etdikləri müalicələrdən çox razıyıq. Mənim bir qardaşım var həyatda. 36 yaşı olsa da, sağlamlığı ilə bağlı bir çox problemləri var. Onu həkim müayinəsinə gətirmişdim, liftdə qəfil yıxıldı. Ağrı ilə onu əlil arabasında şöbəyə apardılar. Leyla xanım Fətullayeva sağ olsun, dərhal müdaxilə etdi və bizə ürək-dirək verərək, dedi ki, “narahat olmayın, yanınızdayam”.  Çox şükür, indi qardaşımın vəziyyəti yaxşıdır.
 
Burada işləyən həkimlərin uşaqlara diqqəti bir başqadır. Bunu ailə üzvlərimə münasibətdə hər zaman hiss edirəm.
 
 
Mən ilk növbədə Hospitalın Sığorta şöbəsinin əməkdaşlarını qeyd etmək istərdim. Onların operativ və keyfiyyətli xidməti, işə can yandırmaları, hər bir xəstəyə öz doğması kimi yanaşmaları çox təqdirəlayiqdir. Şöbənin rəisi İlahə Məmmədova, əməkdaşlar: Günel xanıma, Nuray xanım, Süsən xanımın işindən çox razıyam.
 
Mənə və ailə üzvlərimə göstərdikləri keyfiyyətli tibbi xidmətə görə başda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət idarəsinin rəisi Ceyhun Məmmədov və Hospitalın Baş həkimi Bəxtiyar Musayev olmaqla, Hospitalın bütün kollektivinə, o cümlədən. çox gülərüz, qayğıkeş, mehriban həkimləri: ürək-damar cərrahı Səbuhi Dadaşova, radioloq Günay Əhmədovaya bir daha dərin minnətdarlığımı bildirib bu gözəl işlərində uğurlar arzulayıram.








Redaktorun seçimi