AzTU məzunların işlə təmini ilə bağlı sorğuda ikinci yerə layiq görülüb

Hit: 551
AzTU məzunların işlə təmini ilə bağlı sorğuda ikinci yerə layiq görülüb
İyunun 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının "Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir?" mövzusunda keçirdiyi sorğunun qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
 
Görüşün moderatoru professor Şahlar Əsgərov ictimaiyyətin iştirakı ilə ilk dəfə belə bir tədqiqatın aparılmasını hər bir ali təhsil müəssisəsi üçün önəmli hadisə kimi dəyərləndirib. 
 
Sorğu haqqında məlumat verən "Məktəb guşəsi” portalının baş redaktoru Məzahir Məmmədli bildirib ki, sorğuda 3709 nəfər iştirak edib. 
 
Nəticələrə əsasən, Azərbaycan Texniki Universiteti (AzTU) ikinci yerə layiq görülüb. 
 
Tədbirdə çıxış edən ADPU rektoru Cəfər Cəfərov, millət vəkilləri, İctimai şuranın üzvləri və ali təhsil müəssisələrinin nümayəndələri son illər təhsil sahəsində aparılan islahatlar, məzunların məşğulluq vəziyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. 
 
Sonda sorğunun qaliblərinə diplomlar təqdim olunub. 
 
Qeyd edək ki, tədbirdə AzTU-nu İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova təmsil edib. 








Redaktorun seçimi