Birlikdə bərabərliyə doğru: STEP IT Academiya və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir

Hit: 974
Birlikdə bərabərliyə doğru: STEP IT Academiya və Femmes Digitales qızlarıın İT sahəsinə cəlb edilməsi üçün birləşir
İT sahəsində gender asimmetriyası çoxdan nəzərə çarpır: belə ki, kişilərin sayı qadınlardan daha çoxdur. Səbəblərdən biri cəmiyyətdə və ailədə stereotiplərin olmasıdır: valideynlər çox vaxt qızları üçün ənənəvi olaraq “qadın” sənəti sayılan istiqamətləri seçirlər. Beləliklə, qızlar erkən uşaqlıq vaxtlarından nadir hallarda İT və texnologiya dünyası ilə tanış olmaq imkanı əldə edirlər.
 
Uşaq yaşı maraqların, ambisiyaların və bacarıqların formalaşmasında çox vacib rol oynayır. Qızlara bu yaşda İT sahəsində təhsil almaq imkanı verilməsə, onlar bu sahəyə maraqlarını heç vaxt aşkarlaya bilməzlər.
 
Bu problem təkcə imkanların bərabər olmasıyla deyil, həm də iqtisadiyyatımızın, bütövlükdə isə cəmiyyətimizin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Əhalinin yarısını belə mühüm və perspektivli sahədən kənarda saxlamaq ölkənin nəhəng inkişaf potensialının və perspektivli iqtisadi yüksəlişin və ölkəmizin rəqabət qabiliyyətinin itirilməsi deməkdir. Bu sahəni onlar üçün daha əlçatan və cəlbedici etmək üçün qızlara yönəlmiş uşaq İT proqramlarını hazırlamaq lazımdır. Valideynlərlə işləmək, hətta bu gün istənilən humanitar peşələrə belə texnologiya və innovasiyaların daxil olduğunu izah etmək də çox vacibdir.
 
Bu problemin birgə həlli yollarını tapmaq üçün mayın 31-də STEP IT Academy ilə “Femmes Digitales”– “Texnologiyalar səhəsində Qadınlara Dəstək” qeyri-kommersiya İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. İnformasiya texnologiyaları sahəsində gender bərabərsizliyi problemini nəzərə alaraq, Femmes Digitales-in dəstəyilə STEP IT Academiya, qızlar üçün İT təhsilinin əlçatanlığını təmin etmək məqsədilə birgə aksiyaya başlayır. Belə ki, 8-14 yaş arası qızlar üçün bütün uzunmüddətli təhsil proqramlarında görünməmiş 25% endirim təqdim olunur. Bu unikal fürsətdən yararlanmaq üçün ərizə tərtib edən zaman mütləq "Femmes Digitales" promo kodundan istifadə etməlisiniz.
 
Həmçinin, bu memorandum çərçivəsində aşağıdakı istiqamətlərdə birgə iş aparılacaq: Azərbaycanda İT təhsili sahəsində birgə layihələrin hazırlanması və həyata keçirilməsi; təhsilin informasiyalaşdırılması və kompüterləşdirilməsi məsələlərinin həlli məqsədilə dövlət və qeyri-dövlət təşkilatlarının cəlb edilməsi; sənayedə informasiya texnologiyalarından istifadə standartları ilə tanışlıq; birgə seminarların, konfransların, təhsil proqramlarının, forumların və sərgilərin keçirilməsi; birgə tədbirlər zamanı təşkilati, konsaltinq və ekspert-analitik dəstəyinin göstərilməsi; İT-təhsil üzrə seminarların, konfransların təşkilində iştirak. Maliyyə maneələrini azaldaraq, STEP IT Academiya və Femmes Digitales İT təhsilini çoxlu sayda qızlar üçün əlçatan edir, onlara bu sahədə bacarıqlarını öyrənməyə və inkişaf etdirməyə imkan verir. Bu cür təhsil proqramları qadınların İT-də iştirakını artıracaq ki, bu da öz növbəsində bu sahədə tərəqqi və innovasiyalara töhfə verəcəkdir.
 
Xüsusilə qeyd edək ki, artıq 7 ildir STEP IT Academiya Femmes Digitales tərəfindən təşkil edilən bütün regional tədbirlərdə fəal iştirak edir. Bu tədbirlərin keçirilməsində məqsəd müxtəlif regionlardan olan azərbaycanlı qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə populyarlaşdırmaq və cəlb etməkdir. Xeyriyyə tədbirləri artıq 600-dən çox qızları əhatə edib və praktiki məşğələlərdə Akademiyanın mentorları onları kodlaşdırma və robot texnikasının əsasları ilə tanış edir.
 








Redaktorun seçimi