“Xeyriyyəçilik məndən başlayır” marafonuna start verildi - FOTOLAR

Hit: 660
“Xeyriyyəçilik məndən başlayır” marafonuna start verildi - FOTOLAR
1991-ci ildə təsis edilmiş, bu ilin mart ayında qeydiyyatı  yenilənmiş “Tusi” Xeyriyyə Cəmiyyəti iyun ayının 3-də genişləndirilmiş tərkibdə toplantı  keçirib. 
 
Toplantını cəmiyyətin İdarə Heyətinin sədri Yəhya Babanlı açaraq, toplantı iştirakçılarını salamlayıb. 
 
Cəmiyyətinin tarixinə ekskurs edən sədr əvvəlki illərdə görülmüş işlərlə yanaşı, bu il ərzində görülən işlər və planlar haqqında da məlumat verib. 
Natiq bildirib ki, “Zəngəzur yolunun astanası - qapısı olan Ordubadımız üçün təşkil olunan marafon birliyimiz və həmrəyliyimizi şərtləndirir.
 
Bu, işdə daha da fəal olaq və əlimzdən gələni əsirgəməyək.
 
Vətənimizə, Ordubadımıza töhfəmizi verək.
 
Vətən, doğulduğumuz yerdən, eldən-obadan başlayır və böyüyür.
 
Vətənə xidmət vicdan borcumuzdur.
 
Gələn, Azərbaycanımızın milli dəyərlərindən sayılan, ata-babalarımızdan bizə miras qalan xeyirxahlığı yaşadaq. 
 
Gələcək nəsillərə ötürək.
 
Unutmayaq, “Əbədilik, xeyirxahlığa xidmət etməkdir”.
 
Cəmiyyətin qurucu üzvü olmuş, akademik Rəhim Rəhimovun anadan olmasının 100 illik yubileyi ilə bağlı keçirilmiş silsilə tədbirlər və “Tusi” Xeyriyyə Cəmiyyətinin müraciəti ilə Ordubad şəhərində mərhumun adına küçə verilməsi yığıncaq iştirakçıları arasında razılıqla qarşılandı. 
 
Daha sonra Cəmiyyətin əvvəlki sədri, Ağsaqqallar Şurasının sədri Ramiz Babayev və İdarə Heyətinin üzvü professor Müzəffər Məmmədov çıxış edərək, cəmiyyətin, habelə xeyriyyəçilik işlərində hər kəsi fəal olmağa çağırdılar. Toplantıda  bir sıra məsələlər, Bakı və Abşeron ərazisində yaşayan cəmiyyət üzvlərinin problemləri və onların həlli yolları üzərində müzakirələr aparılıb. 
Cəmiyyət üzvlərinin əksəriyyətinin razılığı ilə Bakı və Abşeron ərazisində yaşayan cəmiyyət üzvlərinin sosial problemlərinin həlli ilə bağlı xeyriyyə marafonu keçirilməsi qərara alınmışdır. Marafonun “Xeyriyyəçilik məndən başlayır” devizi ilə, ölkədə və ölkədən kənarda yaşayan bütün cəmiyyət üzvlərini və ianə etmək istəyən hər bir kəsi əhatə etməsi qərara alınmışdır. 
 
O cümlədən, marafonun sosial şəbəkələr yolu ilə yazılı və video formatda hər kəsə çatdırılması yolları müzakirə edildi və bu yöndə konkret addımlar atılması qərara alındı. 
Xeyriyyə marafonu bir aylıq müddəti - 05 iyun-05 iyul tarixlərini əhatə edir.
1
1
1
1
1
1








Redaktorun seçimi