Respublika Klinik Xəstəxanasında şəhid və qazi ailələrinin uşaqları ilə görüş keçirilib

Hit: 384
Respublika Klinik Xəstəxanasında şəhid və qazi ailələrinin uşaqları ilə görüş keçirilib
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı TƏBİB-in tabeliyində olan Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə şəhid və qazi ailələri ilə görüş keçirib. Tədbirin rəsmi hissəsindən öncə şəhid və qazi ailələrinin uşaqları Respublika Klinik Xəstəxanasının tabeliyində olan Uşaq Klinik Xəstəxanasınının pediatrları tərəfindən ümumi müayinədən keçirilib.
 
Daha sonra tədbirin rəsmi hissəsini giriş sözü ilə açan Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid və qazi ailələrinin uşaqlarını səmimi qəlbdən təbrik edib. Elviz Qasımov çıxışında şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb:
 
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün azərbaycanlı uşaqlara, eləcə də şəhidlərimizin yadigarlarına və qazi uşaqlarına olan münasibətləri hamımız üçün örnəkdir. Biz də Respublika Klinik Xəstəxanası olaraq şəhid və qazi övladlarına hər zaman dəstək olmağa çalışırıq.
 
Sevindirici haldır ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Düşmən tapdağında olan torpaqlarımız işğaldan azad olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa çatdırıb. Bu zəfərin qazanılmasında vətənimizin igid oğulları şəhid və qazi oldu. Bu gün biz ərazi bütövlüyümüzün bərpasına görə şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirəm, qazi və əsgərlərimizə cansağlığı arzulayıram”.
Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət xanım Muradova əlamətdar gün münasibətilə şəhid və qazi ailələrinin uşaqlarını təbrik edib. Onlara hər zaman dəstək olduqlarını və bundan sonra da daim yanlarında olacaqlarını bildirib.
 
Sonda tədbir uşaqlar üçün əyləncəli hissə və oyunlarla davam edib.








Redaktorun seçimi