“İKT-də Qadınlar və qızlar” layihəsi uğurla yekunlaşıb - FOTOLAR

Hit: 495
“İKT-də Qadınlar və qızlar” layihəsi uğurla yekunlaşıb - FOTOLAR
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Assosiasiyası” (AİKTSA)  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “İKT-də Qadınlar və qızlar” layihəsini uğurla başa çatdırıb.
 
Üç ay davam edən layihənin əsas məqsədi ölkədə qadın və qızların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM), eləcə də informasiya və kommunikasiya texnologiyaları kimi qeyri-ənənəvi təhsil sahələrinə yönəldilməsi və karyera istiqamətlərini seçməyə yönəlik həvəsləndirmə fəaliyyətlərinin aparılmasından ibarət olub.
 
AİKTSA sədri Elvin Abbasov qeyd edib ki, layihə müddətində 35 təlim iştirakçısına İKT ilə bağlı müxtəlif təlimlər keçirilib, onların bilik və  bacarıqlarının artırılması istiqamətində təqdimatlar edilib.
 
Təlimdə müddətində praktiki çalışmalar və müzakirələr keçirilib, iştirakçılar arasında təcrübə və fikir mübadiləsi aparılıb.
 
Layihənin sonunda təlim iştirakçılarına AİKTSA tərəfindən sertifikatlar verilib.
1
1
1
1
1








Redaktorun seçimi