Mərkəzi Gömrük Hospitalında bayram aksiya keçirilib - FOTOLAR

Hit: 387
Mərkəzi Gömrük Hospitalında bayram aksiya keçirilib - FOTOLAR
1 iyun 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş aksiya keçirilib. 1 iyun tarixində Mərkəzi Gömrük Hospitalına gələn bütün balaca uşaqlar Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova,  könüllü gömrükçülər və tibb personalı tərəfindən al-əlvan şarlar ilə qarşılanıblar. Tədbirə dəvət olunmuş məzəli animatorlar isə uşaqlar arasında əyləncəli oyunlar keçiriblər.
 
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva balaca pasiyentlər ilə görüşüb, onları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər zaman xoşbəxt və sağlam olmağı arzulayıb. O, bildirib ki, uşaqların müdafiəsi, onların daim böyüklərin diqqəti və qayğısı, nəvazişi ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. 
Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı uşaqlara daim məhəbbətlə yanaşır, onların sağlam və gümrah böyümələri üçün yüksək səviyyədə tibbi xidmət göstərirlər. Dr.Tamilla Əliyeva bildirib: “Bu gün bizim öhdəmizə düşən vəzifə  balaca pasiyentlərimizin Gömrük Hospitalına öz həkimlərinin yanına böyük sevinclə gəlməsini  və bu günün onların yaddaşısında xoş bir gün kimi qalmasını təmin etməkdir”. 
 
Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. Ölkəmizdə yaşayan bütün uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edir, onlara şən həyat, açıq səma, xoşbəxt gələcək arzulayırıq.
 
Qoy həmişə günəş olsun, qoy həmişə sülh olsun!
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi