Pedaqoji tələbələr üçün adaptasiya proqramı

Hit: 348
Pedaqoji tələbələr üçün adaptasiya proqramı
Azərbaycan Respublikasının Gənclər Fondunun (@youthfundaz) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “Pedaqoji tələbələr üçün adaptasiya proqramı” layihəsinin 13, 14, 20, 21 may tarixlərində təlimləri keçirilib. Təlimlər zamanı layihə rəhbəri Nərmin Hüseynova və layihənin təlimçiləri olan Fəzilə Mahmudova ilə Rüfət Əsadzadə tərəfindən layihə barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Daha sonra “Sinfin idarəolunması”, “Lider müəllim”, “Öyrədici mühitin yaradılması”, “Valideynlərlə iş” və s. kimi mövzularda təlimlər baş tutmuşdur. Onu da qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır - 2022” qrant müsabiqəsinin qalibi olmuşdur.








Redaktorun seçimi