Xeyriyyə və əməkdaşlıq memorandumu imzalanıb

Hit: 373
Xeyriyyə və əməkdaşlıq memorandumu imzalanıb
Mərkəzi Gömrük Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında xeyriyyə və əməkdaşlıq memorandumu imzalanıb
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası arasında valideyn himayəsindən məhrum olan uşaqların, gənclərin və onların himayəçilərinin ümumi müayinəsinin ödənişsiz həyata keçirilməsi məqsədilə xeyriyyə və əməkdaşlıq memorandumu imzalanıb.
 
Memorandum Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi Bəxtiyar Musayev və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Milli Direktoru Zakir Soltanov tərəfindən imzalanıb. İmzalanmış əməkdaşlıq memorandumuna əsasən SOS Uşaq Kəndlərində yaşayan uşaqların, gənclərin və himayəçilərin tibbi maarifləndirilməsi, ödənişsiz əsaslarda ümumi müayinənin aparılması, o cümlədən qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminarlar və digər proqlamların həyata keçirilməsi nəzərdə tutulur. 
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Gömrük Hospitalı yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarını mütəmadi olaraq genişləndirməkdədir.








Redaktorun seçimi