Ağdaşda yaşayan şəhid ailəsi üzvlərinin Şuşaya səfəri reallaşdırılıb

Hit: 369
Ağdaşda yaşayan şəhid ailəsi üzvlərinin Şuşaya səfəri reallaşdırılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Ağdaşda yaşayan şəhid ailəsi üzvlərinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri reallaşdırılıb.
 
Faktor.az xəbər verir ki, Şuşada şəhid olan hərbçilərin valideynləri də səfər iştirakçıları arasında olub.
 
Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalasında davam edib. Səfər müddətində şəhidlərin yaxınları qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.








Redaktorun seçimi