Göygöl İcra Hakimiyyəti əhaliyə müraciət edib

Hit: 780
Göygöl İcra Hakimiyyəti əhaliyə müraciət edib
Göygöl Rayon İcra Hakimiyyəti əhaliyə müraciət edib.
 
Faktor.az xəbər verir ki, qurumun yaydığı məlumatda deyilir:
 
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu günlərdə Göygöl rayonunda havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, həmçinin arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır. Bununla bağlı vətəndaşlarımıza müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq.
 
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
 
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək, eyni zamanda  güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyiniz tövsiyə edilir".








Redaktorun seçimi