UniClaD layihəsi çərçivəsində Macarıstanın aqrar klaster təcrübəsi öyrənilir

Hit: 379
UniClaD layihəsi çərçivəsində Macarıstanın aqrar klaster təcrübəsi öyrənilir
Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində Macarıstanda səfərdə olub.
 
Macarıstanın Debrecen Universitetinin təşkil etdiyi səfərin məqsədi bu ölkənin aqrar klaster təcrübəsinin öyrənilməsi olub.
 
Səfərdə AzTU-nu Kompüter texnologiyaları kafedrasının baş müəllimi Şəhla Əliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah təmsil edib.
 
Debrecen Universitetinin sənaye ilə sıx əməkdaşlığı çərçivəsində Macarıstanın aqrar sektorunda klaster təcrübəsi, onların fəaliyyəti, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri, yerli təsərrüfatçılarla əməkdaşlıq imkanları və kommunikasiya üsulları geniş müzakirə olunub, görülən işlərə baxış keçirilib.
 
Daha sonra iştirakçılar Macarıstanın kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi məqsədilə bir neçə balıqçılıq müəssisəsinə və fermalara səfər edib, onların fəaliyyəti, tətbiq etdikləri ən yeni  texnologiyalarla tanış olublar.








Redaktorun seçimi