Neftçalanın icra başçısı rayonun ən ucqar kəndində səyyar qəbul keçirib - FOTOLAR

Hit: 380
Neftçalanın icra başçısı rayonun ən ucqar kəndində səyyar qəbul keçirib - FOTOLAR
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı rayonun ən ucqar kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀ 
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Xəzərkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək rayonun ən ucqar kəndlərindən olan Xəzərkənd kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış edənlər “Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edən dahi şəxsiyyətdir”  mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və  Azərbaycan xalqının haqlı təkidləri ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev xalqımızı qardaş qırğınından, ölkədə baş verən qarışıqlıqdan, müstəqilliyimizin yenidən bərpa olunmasını görüş iştirakçılarının diqqətinə çatdırıblar.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ümumilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranması, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başlanılması, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi ölkəmizdə sabitçilik formalaşdırılıb, milli mənafelərimizin, müstəqilliyimizin qoruması üçün əvəzsiz xidmətlərini görüş iştirakçılarının diqqətinə çatdırıb.
 
RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbulda ilk öncə vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Xanməmmədli- Qaçaqkənd- Qırmızıkənd- Xol Qarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamına və rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  zərər dəyən əkin sahələrinə sığortaların verilməsi, özünəməşğulluq, torpaq aktlarının alınması, subsidiyaların verilməsi, internet çəkilişi, FHN yerli bölməsinin yaradılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az
 portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər. 
1
1
1
1








Redaktorun seçimi