İmtahan həyəcanından necə xilas olmaq olar? - Təranə Paşayevadan MƏSLƏHƏTLƏR

Hit: 471
İmtahan həyəcanından necə xilas olmaq olar? - Təranə Paşayevadan MƏSLƏHƏTLƏR
Günümüzdə geniş yayılan, daima ətrafında müzakirələr gedən mövzulardan biri də abituriyentlərin, tələbələrin ümumən imtahan verən şəxslərin imtahan prosesində həyəcan yaşaması və imtahana psixoloji hazırlığı məsələsidir.   
 
Bu məsələ ilə bağlı suallarımızı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva cavablandırır:
 
-Şagird özünü imtahana psixoloji cəhətdən tam olaraq necə hazırlamalıdır?
 
-Həyatda bəzi anlayışlar vardır ki, onun təkcə adını çəkmək belə insanda müəyyən dəyişikliklərə, həyəcana səbəb ola bilir ki. Bunlardan biri də sözsüz ki, imtahan anlayışıdır. İmtahanın insanlarda yaratdığı gərginlik və narahatlıqlardan saatlarca danışmaq olar, amma təkcə məşhur sərkərdə Napoleon Bonapartın imtahanla bağlı dediklərini yada salmaq kifayətdir ki, bu anlayış necə vahiməli səslənir.Bildiyimiz kimi hər ilin müxtəlif dönəmlərində ölkəmizdə müxtəlif formalarda imtahanlar təşkil olunmaqdadır. Bunlardan sözsüz ki, ən həyəcan və maraqla gözlənilən imtahan abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olmaq üçün verdiyi qəbul imtahanlarıdır. İllərlə oxumaq və bunun bəhrəsini görmək üçün abituriyentlər bir neçə saat ərzində bir növ hesabatını təqdim edirlər. Kimlər üçün uğurlu, başqaları üçün uğursuz ola bilən bu imtahanlarda xüsusilə ikinci tip tələbələr müxtəlif səbəblər gətirirlər ki, ən çox eşidə biləcəyimiz səbəblər sırasında psxioloji əlamətlər üstünlük təşkil edir. Abituriyentlərin qəbul imtahanlarına psixoloji baxımdan hazır olması çox vacibdir. Çünki imtahanqabağı təşviş və imtahan zamanı həyəcan və stressin yüksək həddə çatması abituriyentlərin intellektual fəaliyyətinə mənfi təsir göstərir. Bu səbəbdən də yüksək hazırlıqlı abituriyentlərin bəziləri imtahanda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, stress, qorxu hissi, gərginlik onlara imkan vermir ki, özlərini toplayıb sualları cavablandırsınlar.
 
-İmtahan stressinin yaranmasına səbəb nədir?
 
-Bəzi insanların psixologiyasında elə gərginlik olur ki, onların özündən aslı olmayaraq həyəcan diareyiyaya, ürək döyüntüsünün sürətlənməsinə, təzyiqin normadan yüksəyə qalxmasına və ya düşməsinə  səbəb ola bilər. Bunlar da psixoloji baş verir, qan dövranı sürətlənir. Nəticədə stress yaranır və bildiklərini də unutmaqla nəticələnə bilir. İmtahan prosesi həm ailədən gələn təsir, həm də abituriyentin yaşına uyğun olaraq onda həyəcan hissinin yaranmasına səbəb olur. Ailənin yaratdığı ab-hava da abituriyentin psixoloji durumuna birbaşa təsir edir. Məsələyə fərqli yöndən yanaşsaq görərik ki, imtahan çox adi bir prosesdir. Şagirdlər stress yaşamasın deyə imtahan bəsitləşdirilməli, mürəkkəb prosesə çevrilməməlidir. 
 
-Bəs imtahan öncəsi abituriyentdə yaranan qorxu və həyəcan hissini necə azaltmaq olar? Bunun üçün nələrə diqqət etmək lazımdır?
 
İmtahanqabağı yuxu çox önəmlidir. Gündə ən azı 7-8 saat yatmağa çalışın. Qida rejiminizə mütləq şəkildə diqqət edin. Tapşırıqları planlı və fasiləli şəkildə yerinə yetirin. Fasilə zamanı və dərsləri bitirdikdən sonra təmiz hava alın. Müsbət fikirlərə köklənin. Ətrafınızda sizi ruhdan salacaq insanlarla məsafə saxlamağa çalışın.
 
-İmtahana sayılı günlər qaldıqda istər abituriyentlərdə, istərsə də valideynlərdə həyəcan maksimum həddə çatır. Bəzən abituriyentlər doğru düşündükləri yalnışlıqları etməklə əslində özlərini riskə atırlar. Bəzi abituriyentlər hətta imtahana daxil olmağa saatlar qalmış yenidən oxumaqla daha dəqiq biləcəklərini düşünürlər, amma bu, heç də düzgün hesab edilmir. Ümumiyyətlə imtahan öncəsi aşağıda qeyd edəcəyim bəzi məsələlərə diqqət edilməsi məqsədəuyğundur. İmtahanqabağı yuxu çox önəmlidir. Gündə ən azı 7-8 saat yatmağa çalışın. Qida rejiminizə mütləq şəkildə diqqət edin. Tapşırıqları planlı və fasiləli şəkildə yerinə yetirin. Fasilə zamanı və dərsləri bitirdikdən sonra təmiz hava alın. Müsbət fikirlərə köklənin. Ətrafınızda sizi ruhdan salacaq insanlarla məsafə saxlamağa çalışın.
 
-Abituriyentlərin imtahana hazırlıq prosesində hansı psixoloji dəstək  göstərilməlidir? Valideyn, müəllim və məktəb psixoloqlarının rolu nədən ibarətdir və nələrə diqqət eməlidirlər?
 
-Təbii ki, imtahan ərəfəsində valideynlər heç də övladlarından az həyəcanlı olmurlar. Ancaq onlar mümkün qədər həyəcanlı olduqlarını övdlarına biruzə verməməlidirlər. Ata, ana narahat, qayğılı, həyəcanlı olursa, bu, təbii ki, uşağa da təsir edir. Ata və anasını gərgin, stressli görən uşaq da istər-istəməz həyəcanlanır, narahatlıq keçirir. Nəzərə almaq lazımdır ki, imtahana hazırlıq mərhələsi abituriyentlərin valideynlərinə ən çox ehtiyac hiss etdiyi dövrdür. Odur ki, ailə üzvləri imtahan ərəfəsində övladlarına lazımı dəstəyi, qayğını və diqqəti göstərməlidirlər. Valideynlər uşaqlarına qarşı daha həssas olmalı, etdikləri hər hərəkətə, işlətdikləri hər ifadələrdə, sözlərdə çox ehtiyatlı olmalıdırlar. Valideyn gərək uşağı təlaşlandırmasın, həyəcanlandırmasın, qorxutmasın. Əksinə, övladına dəstək verib, hər şeyin yaxşı olacağını, nəticə nə olursa olsun hər zaman onun yanında olduğunu desinlər. Bu məqamda valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Ata, ana uşağa mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir. İmtahana gedən uşağın yanında psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir.Bununla yanaşı məktəbdə müəllimlərin və məktəb psixoloqlarının da bu dönəmlərdə diqqət etməli məqamlar çoxalır. Aşağı nəticələr əldə etmiş və ya özünə güvən problemi yaşayan şagirdlərlə həm müəllimlər, həm psixoloqlar söhbətlər edilməli, onları narahat edən problemlər dinlənməli və ehtiyac olarsa bu problemlərin həlli istiqamətində valideynlərlə birgə fəaliyyət göstərilməlidir. Unutmaq olmaz ki, dəstəyi hiss edən abituriyentin özünəinamı daha da yüksək olur və bu da imtahanlarda öz müsbət təsirini göstərir. Çox təəssüf ki, bəzən bunun əksi ilə də şahid oluruq. Xüsusilə hər il qəbul imtahanlarından sonra mütəmadi aşağı nəticə göstərmiş bəzi abituriyentlərin intihar xəbərlərini eşidir, görürük. Əksə hallarda səbəb kimi, özləri və ailələri üçün bu imtahandan kəsilmənin son məqam olduqlarını düşünür və bu yolu seçirlər. Amma unutmaq olmaz ki, imtahan həyatımızın sonu deyil. Bir uğursuzluğa görə sevdiklərimizin gözü yolda qalmasın. Əziz valideynlər, sevdiklərimizin ölümü dadmasına “kömək” etməyin. Hər zaman onların yanında olduğunu, onlara inandığınızı hiss etdirin.
 
Yaqut Ağaşahqızı, “İki sahil”








Redaktorun seçimi