BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb

Hit: 330
BDU-nun “Brend tələbə”ləri mükafatlandırılıb
 
AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir. 
Bu gün AzEdu.az və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə BDU-da təhsil alan “Brend tələbə”lər mükafatlandırılıb. 
Modern Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı qalib tələbələri təbrik edib, onara təhsil həyatlarında uğurlar arzulayıb. Qeyd edib ki, AzEdu təhsil portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə” siyahısını tərtib edib. Siyahıya BDU-dan da 10 tələbə daxil edilib. 
 
İnteraktiv formada keçən görüşdə tələbələr layihə ilə bağlı fikirlərini və təkliflərini bölüşüblər. 
 
Daha sonra onlara sertifikatlar təqdim olunub. 
 
BDU-da "Brend tələbə" adına layiq görülmüş gənclər aşağıdakılardır:
 
Rəhimli Nigar Nəriman qızı – Hüquq fakültəsi, III kurs
Quliyev Vüqar Əli oğlu – Mexanika-riyaziyyat fakültəsi, III kurs
Mustafayev Hacıbaba Rövşən oğlu – Jurnalistika fakültəsi, magistr, II kurs
Novruzova Samirə Rəhman qızı – Geologiya fakültəsi, IV kurs
Bayramov İmran Azər oğlu – Coğrafiya fakültəsi, IV kurs
Kərimov Qara İlkin oğlu – Tarix fakültəsi, magistr, I kurs
Babayeva Fatimə İftixar qızı – Fizika fakültəsi, I kurs
Əlipənahova Rəhiməxanım Ceyhun qızı – Filologiya fakültəsi, III kurs
Abbas Nihad Xanlar oğlu – Beynəlxalq münasibətlət və iqtisadiyyat fakültəsi, IV kurs
Qədirli Əli Qədir oğlu – Kimya fakültəsi, IV kurs.








Redaktorun seçimi