"Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlim - FOTOLAR

Hit: 480
"Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlim - FOTOLAR
Azərbaycan Universitetində gənclər üçün "Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlimi keçirilib.
 
Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının nəzdində fəaliyyət göstərən "Gənc Diplomatlar" klubu və "Etika" akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Natiqlik - gözəl danışma sənəti" mövzusunda təlim baş tutub. Təlim "Etika" akademiyasının təsisçisi Günel İbrahim tərəfindən həyata keçirilib. 
 
Gənc Diplomatlar klubunun üzvləri Selcan Məmmədova və Əlağa Əzizli tədbir iştirakçılarını salamlayaraq klubun yaradılması məqsədi və fəaliyyəti barədə məlumat veriblər. Sonra söz Günel İbrahimə verilib. O, bu cür təlimlərin keçirilməsinin gənclərin inkişafında olduqca mühüm rol oynadığını vurğulayıb. Təlim çərçivəsində gənclərin maraqla dinlədiyi xarizmatik nitq texnikası, akademik natiqlik, gözəl danışma sənəti və digər mövzulardan bəhs edilib.
 
Təlimin sonunda Azərbaycan Universitetinin Siyasi elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski çıxış edib. Çıxışında təlimin keçirilməsində yaratdığı şəraitə görə Azərbaycan Universitetinin rəhbərliyinə,  olduqca maraqlı və faydalı təlimə görə "Etika" Akademiyasına və təşkilatçılığa görə "Gənc Diplomatlar" klubuna
öz təşəkkürünü bildirib.
 
Qeyd edək ki, tədbirdə universitetimizin müəllimləri və tələbələri ilə yanaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak edib.
1
1
1
1
1








Redaktorun seçimi