Neftçalada Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir - FOTOLAR

Hit: 474
Neftçalada Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyilə əlaqədar olaraq Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Azərbaycanın daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
 
Görüşdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Neftçala rayon Polis şöbəsinin rəisi Vüsal Şəbəndəyev, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və Neftçala rayon Polis Şöbəsinin şəxsi heyyəti iştirak edib.
 
Görüş iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər, Ulu Öndər Heydər Əliyevin həyatını əks etdirən foto guşəyə və rəsm sərgisinə baxış keçiriblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Görüşdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vüsal Şəbəndəyev, Şəxsi heyyətlə iş üzrə köməkçi Valeh Hətəmov çıxış edərək Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən qanun, fərman və sərəncamın imzalanması, Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradılması, daxili işlər orqanlarının yeni təchizatlarla təmin olunması, DİN-ə dövlət qayğısının güclənməsi, Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə 2 iyul tarixinin “Azərbaycan Polisi günü” kimi elan olunması haqqında görüş iştirakçılarına bəhs ediblər.
 
Dəyirmi masa ətrafındakı görüşdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən video- çarx izlənilib.
 
Görüşün sonunda xatirə şəkili çəkilib.
1
1
1
1
1
1








Redaktorun seçimi