Neftçalada məhkəmə-hüquq mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

Hit: 469
Neftçalada məhkəmə-hüquq mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR
Neftçala Rayon Məhkəməsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində "Müstəqil Azərbaycanın məhkəmə-hüquq və ədliyyə sistemlərinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu" mövzusunda dəyirmi masa təşkil olunub. 
 
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyəti aparatının və yerli ədliyyə qurumlarının əməkdaşları, həmçinin rayonda fərdi qaydada fəaliyyət göstərən vəkil iştirak ediblər.
 
Tədbir çərçivəsində ilk öncə Ulu Öndərin Neftçala şəhərinin mərkəzində yerləşən əzəmətli abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş, ruhu ehtiramla yad edilib.
Daha sonra tədbir iştirakçıları Neftçala rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən guşə, habelə kitab sərgisi ilə tanış olublar.
 
Mərkəzin konfrans zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
 
Dəyirmi masa ətrafında keçirlimiş müzakirələr zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, hakim Samir Quliyev və xüsusi notarius Səadət Nəcəfova çıxış edərək, Heydər Əliyevin mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, ölkəmizin müstəqilliyi uğrunda siyasi iradəsinin təntənəsi, tükənməz irsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs ediblər, Ulu Öndərin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu konsepsiyası, məhkəmə-hüquq və ədliyyə sahəsində həyata keçirdiyi geniş həcmli islahatlar haqqında ətraflı danışıblar.
 
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.
1
1
1
1
1








Redaktorun seçimi