AzTU-da “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib

Hit: 359
AzTU-da “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) “Müasir energetikada kadr hazırlığı” mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, seminar Azərbaycanın əməkdar mühəndisi, əməkdar elm xadimi, MDB-nin əməkdar energetiki, texnika elmləri doktoru, professor, tədris işləri üzrə prorektor Nurəli Yusifbəylinin 60 illik yubileyinə həsr olunub. Vilayət Vəliyev yubilyarın Azərbaycanın energetika sektorunun inkişafında göstərdiyi xidmətlər, həyata keçirdiyi uğurlu layihələrlə yanaşı, onun pedaqoji fəaliyyətindən də söhbət açıb. Daha sonra Nurəli Yusifbəyliyə xatirə hədiyyələri təqdim olunub.
 
Tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, “Azərenerji” ASC-nin İnsan resursları departamentinin direktoru Natiq Abbasov, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi Valeh Nəsibov və başqaları Nurəli Yusifbəylinin ölkəmizin enerji sektorunda,  o cümlədən “Azərenerji” ASC-də həyata keçirilən uğurlu layihələr fonunda gördüyü işlərdən, kadr hazırlığındakı rolundan, eyni zamanda elmi-tədqiaqat sahəsində fəaliyyətindən danışıblar.
 
Çıxışlar zamanı energetika sektorunun ölkə üçün mühüm əhəmiyyəti, bu sahənin inkişafı ilə bağlı universitetlərdə aparılan elmi-tədqiqat işləri, həmçinin müasir innovasiyaların tətbiqi ilə bağlı da fikirlər səsləndirilib.
 
Seminarın sonunda professor Nurəli Yusifbəyli ona göstərilən diqqətə görə təşəkkür edib.
 
Qeyd edək ki, Nurəli Yusifbəyli 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir.








Redaktorun seçimi