AzTU-da Novruz şənliyi keçirilib

Hit: 469
AzTU-da Novruz şənliyi keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib. Tədbirdə AzTU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.
 
Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib.
 
Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının tarixindən, onun milli birlik və həmrəylik bayramı olmasından, müxtəlif xalqları birləşdirməsindən danışıb.
 
Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr fəxri fərmanla təltif olunub.
 
Novruzun personajları keçəl və kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb.
 
Tədbir konsert proqramı ilə davam edib.








Redaktorun seçimi