“AL Market”dən Şəhid ailələrinə Novruz sovqatı

Hit: 476
“AL Market”dən Şəhid ailələrinə Novruz sovqatı
Novruz Bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı göstərmək məqsədilə “Novruz sovqatı” adlı korporativ sosial məsuliyyət layihəsi təşkil olunub.
 
Faktor.az xəbər verir ki, martın 13-ü “AL Market” və Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialınin rəhbər şəxsləri və digər əməkdaşları 25 şəhid ailəsi ziyarət edib.
 
Novruz bayramı münasibətilə onlara bayram sovqatları verilib. 
 
Qeyd edək ki, bayram ziyarəti həssas qruplara dəstək proqramları çərçivəsində icra edilib.








Redaktorun seçimi