“İnnovasiyalar Mərkəzi” “İConnect” forumunda təmsil olunub

Hit: 715
“İnnovasiyalar Mərkəzi” “İConnect” forumunda təmsil olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” Birləşmiş Ərəb Əmirliklərinin  Abu-Dabi şəhərində baş tutan “İConnect” forumunda təmsil olunub.
 
“iConnect” fikir mübadiləsi aparmaq, viza və passport xidmətləri sektorunda yeni tendensiyaları müzakirə etmək üçün dünyanın bir çox nöqtəsindən özəl sektor və hökumət rəsmilərini bir araya gətirən unikal platformadır. 
 
“VFS Global” şirkətinin təşkilatçılığı ilə baş tutan forumun builki mövzusu dinamik mühitdə çevik qalmağın, xidmətlərin müasir innovasiyalara adaptasiyasının və yeni texnologiyanın tətbiqinin vacibliyinə həsr olunub. 50-dən çox dövlətin 150-dən çox nümayəndəsinin iştirak etdiyi forumda  iştirakçılara, həmçinin “İnnovasiyalar Mərkəzi” tərəfindən idarə olunan “ASAN Viza” sistemi haqqında ətraflı məlumat verilib və onun müasir texniki standartlara uyğun imkanlarından bəhs olunub.
 
 
"ASAN viza" sistemi Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb. Sistem vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər standard elektron vizanı 3 iş günü, sürətləndirilimiş qaydada isə 3 saat ərzində əldə edə bilər. Fəaliyyətə başladığı dövrdən "ASAN Viza" sistemi vasitəsilə hava limanında rəsmiləşdirilən vizalar daxil olmaqla, ümumi 2.6 milyondan çox vizanın rəsmiləşdirilməsi həyata keçirilib.








Redaktorun seçimi