Yango qadın sürücüləri 8 Mart münasibətilə təbrik edib

Hit: 644
Yango qadın sürücüləri 8 Mart münasibətilə təbrik edib
Yango Beynəlxalq Qadınlar Günü münasibətilə xidmətlə əməkdaşlıq edən qadın sürücülərin görüşünü təşkil edib. Görüşdə qonaqlar öz təcrübələrini bölüşə, bir-biri ilə məsləhətlərini paylaşa və son illərdə sükan arxasında olan qadın obrazının necə dəyişdiyini müzakirə edə bildilər.
 
“Bu gün qadınlar elə peşələrlə məşğuldurlar ki, 100 il bundan əvvəl kiminsə ağlına belə gəlməzdi. Bu gün biz futbol oynayırıq, maşın sürürük, kosmosa uçuruq və biznesi idarə edirik. Yangonun tərəfdaş sürücüləri arasında qadınların sayı getdikcə artır və biz sizinlə əməkdaşlıq etməkdən qürur duyuruq. Köhnəlmiş stereotipləri qırmağa və taleyi öz əlinizə almağa davam etməyiniz çox gözəldir”, - deyə Yangonun Azərbaycanda biznesin inkişafı üzrə meneceri Səbinə Abdullayeva bildirib.
İştirakçılar işlərində bəzən qarşılaşdıqları çətinlikləri bölüşüblər:
 
“Zaman-zaman sürücü qadın olduğu üçün səfərdən imtina edilməsi halları ilə qarşılaşırıq. Bu, sifarişçinin şəxsi seçimidir və biz buna hörmətlə yanaşırıq. Lakin ümid edirik ki, vəziyyət tezliklə dəyişəcək. Eyni zamanda, gənclərin də bir çoxu qadın sürücü ilə səfərdən imtina edir, yaşlı nəslin nümayəndələri isə bizə həmişə şad olurlar”.
Yango ilə tərəfdaşlıqdan danışan tədbir iştirakçılarından biri həmişə şəxsi həyatı və işi bir-birindən ayırdığını dedi: “Hər birimizin əhval-ruhiyyəsi pis ola, nələrsə yolunda getməyə bilər, amma mən problemləri heç vaxt işə köçürmürəm və həmişə sərnişinlərlə təbəssümlə ünsiyyət qururam və bunun müqabilində müsbət enerji alıram. Demək olar ki, hər yeni sərnişin yeni tanışlıq və maraqlı söhbətdir”.
 
Qonaqlar həmçinin bildiriblər ki, onlar üçün onlayn xidmətlə əməkdaşlıq ailəni dəstəkləməyə kömək edən rahat əlavə qazanc imkanıdır. Digər seçimlərdən fərqli olaraq, burada onlar öz cədvəllərini özləri tənzimləyə bilərlər:
 
“Əsas işim saat 7-də başa çatır. Bundan sonra Yangoya qoşulub 3-4 saat ərzində sifariş qəbul edərək hər gün 40 manat, hətta daha çox qazanc əldə edirəm. Bizim üçün bu, ailə büdcəsində nəzərəçarpacaq artımdır”, - deyə qadın sürücülərdən biri qeyd edib.
Sonda Yango görüş iştirakçılarını 8 mart münasibətilə gül dəstələri və xatirə hədiyyələri ilə təbrik etdi.
 









Redaktorun seçimi